27 sentyabr- Anım Günüdür

Bu gün 1c sinfində ilk dərs “Anım Gününə” həsr edildi. Şagirdlər  44 günlük Vətən müharibəsində canından keçmiş şəhidlərimizin əziz xatirəsini  bir dəqiqəlik sükutla yad etdi. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda  gedən mübarizədə  qəhramanlıq göstərən  əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə bir yumruq kimi birlik həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad  edilib.

Biz şəhidlərimizi qürurla anırıq. Şəhidlərimizin əziz xatirəsini ehyiramla yad edirik! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi