Şagirdlərimiz 1 iyun –“Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş tədbirdə iştirak etdilər

Məktəbimizin Gənc Heydərçilər təşkilatının üzüvləri Yasamal rayon Heydər Əliyev Mərkəzində 1 iyun –“Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş “Xoşbəxt olun uşaqlar” adlı tədbirdə iştirak etdilər. Şagirdlərimizi ilk növbədə Heydərçi Gənclər təşkilatının təsisçisi Nailə Mehdiyeva və Hollandiya Avrasiya Fondunun Sədr müavini Sarabəyim Sadıxzadə gülərüzlə qarşıladılar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tədbirin açılışı üçün söz məktəbimizin Gənc Heydərçilər Təşkilatının üzvlərinə öz kompazisiyalarını səsləndirmək üçün verildi. Çox maraqlı kompazisiya ilə çıxış edən şagirdlərimiz Ulu Öndərə aid şeirlər, mahnılar və dünyada həmişə sülhün bərqərar olması üçün “Xoşbəxt olsun uşaqlar” adlı şüarlar və mahnılar səsləndirdilər. Eyni zamanda digər məktəblərdən dəvət olunmuş şagirdlərin söylədikləri şeirlər, oxuduqları mahnılar və Uşaq teatrının aktyorlarının təqdim etdikləri səhnəciklər uşaqlar tərəfindən böyük maraqla qarşılandı. Şagirdlər Mərkəzin ”muzey” bölməsində, Ulu Öndərin həyat və siyasi fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış oldular. Sonda 1 İyun- "Uşaqların Beynəlxalq Müdafiəsi günü" münasibəti ilə Mərkəzin Baş fond mühafizi Nigar Hüseynova və Heydərçi Gənclər təşkilatının təsisçisi Nailə Mehdiyeva uşaqları təbrik etdilər. Uşaqlara hədiyyələr təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi