Çörək zavoduna ekskursiya təşkil olunub

14.11.2019-cu il tarixdə məktəbimizin II sinif şagirdləri müəllim və valideynləri ilə birlikdə 1 nömrəli çörək zavodunda ekskursiyada olublar.

Ekskursiyanın keçirilməsində məqsəd sagirdləri istehsalat müəssisələri ilə yaxından tanış etmək, onların gündəlik qidamızda istifadə etdiyimiz çörək və çörək məmulatlarının hazırlanma üsulu haqqında məlumat toplamaq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə müqəddəs nemət olan çörəyi qorumaq, əməyə və əməkçi insanlara hörmət və məhəbbət hisləri aşılamaq olub.

Zavod ilə yaxından tanış olan şagirdlər çörəyin hazırlanma texnikasını, onun qablaşdırılma mexanizmini diqqətlə izləyiblər. Öyrəniblər ki, əl dəymədən, yeni texnoloji üsullarla saatda 12-15 min çörək bişirilir. Bütün gigiyenik qaydalara əməl olunur. Çörək yalniz soyuduqdan sonra qablaşdırılır.

Çörəyin hazırlanma prosesi təmiz və yüksək səviyyədə həyata keçirilir.

Sonra uşaqlar zəhmətlə başa gələn çörəyi qorumaq, ona hörmət və qayğı ilə yanaşmaq haqqında maraqlı müzakirələr aparıblar və hədiyyələr qazanıblar.

Zavoda təşkil olunan ekskursiya keçilən mövzu ilə əlaqədar materialların şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsinə zəmin yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi