Pedaqoji işçilərin iclası keçirilib

Noyabrın 8-də məktəbimizdə pedaqoji işçilərin iclası keçirilib. İclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları”nda müzakirə olunan prioritet hədəflərin və fəaliyyətlərin icrası istiqamətində qarşıda duran vəzifələr pedaqoji kollektivin nəzərinə çatdırılıb.

İclasda təlimin keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təlimdə keyfiyyətin artırılmasının üsul və  formaları, valideyn-şagird-məktəb əlaqələrinin möhkəmləndirilməsi,  tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən fəaliyyətlərin səmərəliliyinin artırılması, ictimaiyyətlə əlaqələrin təmin olunması, məktəb saytının daha da təkmilləşdirilməsi mövzularında məsələlər müzakirə olunub.

İclasda, həmçinin oktyabr-noyabr aylarında IV-IX siniflərdə azərbaycan dili, riyaziyyat, ingilis dili fənləri üzrə aparılan diaqnostik qiymətləndirmənin və monitorinqin nəticələri müzakirə və təhlil olunub.

Məktəb üzrə təşkil olunmuş “Keyfiyyətə nəzarət sektoru”na tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində daha səmərəli fəaliyyətlərin həyata keçirilməsini, keyfiyyətin dayanıqlı olmasını təmin etmək, keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə pedaqoji kollektivin imkanlarını səfərbər etmək tapşırılıb.

Sonra pedaqoji kollektiv "Əməkdar müəllim" adına layiq görülmüş ibtidai sinif müəllimi Səmagül Əsgərovanı təbrik edərək gənc nəslin təlim-tərbiyəsində ona yeni-yeni uğurlar arzulayıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi