Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

18 oktyabr 2019-cu il tarixdə məktəbimizdə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Binəqədi rayonu Mərkəzləşdirilmiş Kitabxana sisteminin nümayəndələri, müəllim, valideyn və şagird  kollektivi iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin dövlətimizin şanlı tarixi haqqında bilik, məlumatlılıq səviyyələrini möhkəmləndirmək, vətənpərvərlik hissini gücləndirmək, dövlətimizə, onun tarixinə sevgi, məhəbbət, hörmət hisləri aşılamaqdır.

Tədbirdə çıxış edənlər müstəqillik tariximizdən, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti naminə göstərdiyi əvəzsiz xidmətlərindən hərarətlə söz açıblar.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edən şagirdlər söylədikləri şeirləri, ifa etdikləri mahnıları, rəqsləri ilə Vətənə olan sonsuz sevgilərini ifadə ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi