Pedaqoji şura iclası keçirilib

18.06.2019-cu il tarixdə Pedaqoji şuranın növbəti iclası keçirilib.

İclasda 2018-2019-cu tədris ilinin yekunları, yeni dərs ilində qarşıda duran vəzifələr, yay-tədris tapşırıqları alan şagirdlərlə işin təşkili barədə danışılıb.

IX-XI sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri müzakirə və təhlil olunub. Fərqlənmə attestatı almağa layiq olan şagirdlər müəyyənləşdirilib.

Həmçinin, sinif jurnallarının aparılması vəziyyəti, bal və qiymətlərin uyğunluğu məsələləri müzakirə olunub.

İclas zamanı müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, məktəbdə sağlam psixoloji durumun möhkəmləndirilməsində sinif rəhbərlərinin funksiyası, müəllimlərin şagirdlərə yanaşma tərzinin formalaşdırılması, “Valideynin məktəbdə bir günü” layihəsinin nəticələri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

2018-2019- cu tədris ilində səmərəli fəaliyyəti ilə fərqlənən müəllimlərə təşəkkürnamə verilib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi