"Son zəng" tədbiri keçirilib

14 iyun 2019-cu il tarixdə məktəbimizdə XI sinif şagirdlərinin “Son zəng” tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini İdris İsayev, BŞTİ-nin sector müdiri Anar Qədiməliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəmsi Gülverdiyev, müəllimlər, keçmiş məzunlar, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbirdə prioritet fəaliyyət istiqamətlərinin icrası istiqamətində görülən işlərdən, şagirdlərin dövlətçilik, azərbaycançılıq ruhunda, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyəsindən söz açılıb.

Azərbaycan gənclərinin təhsili, inkişafı, yaşayış şəraitinin yaxşılaşdırılması sahəsində Ulu öndər, ümummilli lider H.Əliyevin müstəsna rolundan, cənab prezidentimiz İlham Əliyevin gördüyü işlərdən danışılıb.

Məktəbi bitirən 88 nəfər məzuna uğurlar arzulanıb, müstəqil həyatlarında fəal olmaq, yeni-yeni nailiyyərlər qazanmaq, peşəsini, xalqını, vətənini sevən övladlar olmaq tövsiyə olunub.

Məzunlar on bir il qoynunda yaşadıqları, təhsil adıqları doğma məktəb həyatından, sevimli müəllimlərindən, əldə etdikləri nailiyyətlərdən fərəhlə bəhs ediblər.

Gələcək arzularından danışaraq vətənə, xalqa layiqli övlad olacaqlarına, müəllimlərinin və valideynlərinin etimadlarını doğruldacaqlarına söz veriblər.

Onları təbrik edən qonaqlara, müəllimlərə, valideynlərə təşəkkür ediblər.

Tədbir zamanı 2018-2019-cu tədris ilində fənn olimpiadalarında, müsabiqələrdə, bilik yarışlarında müvəffəqiyyət qazanan, buraxılış imtahanlarında yüksək nəticələrə nail olan məktəbin və rayonun ictimai işlərində fəal iştirak edən məzunlara Fəxri fərmanlar, diplomlar, tərifnamələr təqdim olunub.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi