Yaddan çıxmaz Şuşamız

Bu gün III ”a”, V ”a”, VII "a" siniflərində şagirdlər “Qafqazın konservatoriyası” adlanan Şuşa şəhərinin işğalı ilə bağlı təqdimatlar hazırlayıblar.

Onlar Şuşa şəhərinin tarıxi, mədəniyyəti, görkəmli musiqiçiləri, incəsənət xadimləri haqqında danışıblar.

Qeyd ediblər ki, Şuşa şəhəri 27 ildir ki, düşmən tapdağı altındadır. İşğal zamanı insanlar qətlə yetirilib, doğma yurd-yuvalarından didərgin salınıb.

Şəhərin qiymətli tarixi abidələri dağıdılıb, nadir sənət inciləri talanıb, Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri güllələnib.

Tarix bunu bağışlamayacaq. Şuşa da, işğal altında olan digər torpaqlarımız da geri alınacaq.

Sonra şagirdlər Şuşaya həsr olunmuş şeirlər söyləyiblər. Yazdıqları inşaları oxuyublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi