Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

Məktəbimizin 5-6-cı sinif şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ekskursiyanın keçirilməsində məqsəd Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin irsinin öyrədilməsi, şagirdlərin vətənpərvərlik, Azərbaycançılıq ruhunda tərbiyə olunmasıdır.

 Ekskursiya zamanı şagirdlər Heydər Əliyev Mərkəzi ilə daha yaxından tanış olublar. Mərkəzin əsas hissələrindən birində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ulu öndərin  həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən filmlərdən fraqmentlər izləyiblər.

Ümummilli liderin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimediya zalında olublar.

Uşaqlar muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimlərinə, iş masasına, şəxsi əşyalarına, müxtəlif illərdə layiq görüldüyü orden və medallara, ölkənin tarixi və mədəni irsini əks etdirən unikal eksponatlara maraqla tamaşa ediblər.

 Mərkəzdə sərgilənən numizmatika məmulatları, zinət əşyaları, orta əsrlərə aid gil və keramika nümunələri, yaxınlaşanda musiqi səslənən, qədim Azərbaycan musiqi alətləri də şagirqlərin diqqətini cəlb edib.

Uşaqlar Heydər Əliyev Mərkəzindən xoş və məmnun təəssüratlarla qayıdıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi