Üçüncülər arasında bilik yarışı keçirilib

Bu gün məktəbin 3-cü sinif şagirdləri  arasında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib.

Yarışın keçirilməsində məqsəd Azərbaycan xalqının bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin öyrədilməsi və təbliğ olunmasıdır.   

Yarışmada 3 “a” sinfinin “Günəş”, 3”b” sinfinin “Zəka”, 3”c” sinfinin “Şəms” komandaları iştirak edib. Şagirdlər böyük şairin həyatı və yaradıcılığı haqqında bilik və bacarıqlarını sınayıblar.  

İştirakçı şagirdlər İ.Nəsiminin yaradıcılığından bədii nümunələr söyləyiblər. Onlara verilən sualları doğru və düzgün cavablandırıblar.

Yarışma çox maraqlı keçib. 3 “a” sinfinin “Günəş” komandası 1-ci yeri tutub. Qaliblər məktəb rəhbərliyi tərəfindən qiymətləndirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi