V siniflər arasında bilik yarışı keçirilib

             Məktəbimizin rus bölməsinin V siniflərində rus dili və ədəbiyyat, ingilis dili və riyaziyyat fənləri üzrə bilik yarışması  keçirilib.

             Bilik yarışmasının keçirilməsində məqsəd şagirdlərin bilik və intellektual səviyyələrinin yoxlanılması, şagirdlər arasında dostluq, yoldaşlıq, əməkdaşlıq prinsiplərinin formalaşdırılması, uğur qazanmaq, qalib olmaq hislərinin aşılanmasıdır.

             Komandalar hər fənn üzrə 15 sualı cavablandırıblar. V “q” sinfinin komandası suallara doğru, əhatəli cavab verərək yarışmanın qalibi olub.

             Bilik yarışmasında digər komandaların da fəallığı, yüksək əzmkarlıq hisləri müşahidə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi