Texnologiya fənnindən nümunəvi dərslər keçirilir

Texnologiya fənni üzrə nümunəvi dərslər keçirilib. Məktəb rəhbərliyi və müəllimlər dərsdinləmədə iştirak ediblər.

Dərsin keçilməsində məqsəd şagirdlərdə estetik zövqü formalaşdırmaq, fənn üzrə xüsusi qabiliyyəti olan  şagirdləri üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək, keçilən mövzu üzrə şagirdlərin bilik və bacarıqlara yiyələnmə səviyyəsini artırmaqdır.     

Tədris prosesi müasir təlim, metod və texnologiyaları əsasında qurulub. Dərsdə müəllimin peşəkarlığı və şagirdlərin fəallığı müşahidə olunub.

Şagirdlər yeni bacarıqlara yiyələndiklərini əyani surətdə nümayiş etdiriblər. Növbənöv salatlar hazırlayıblar, şirniyyatların bişirilmə texnikasını öyrəniblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi