"29 il Şəhidlik zirvəsində" mövzusunda inşa yazı aparılıb

         20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı V-IX sinif şagirdləri arasında “29 il şəhidlik  zirvəsində” mövzusunda inşa müsabiqəsi keçirilib.

         Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın azadlığı uğrunda canlarını qurban vermiş, qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsini yad etmək, şagirdlərin vətənpərvərlik ruhunu gücləndirmək, onlarda silahsız insanları qətlə yetirən cəlladlara qarşı nifrət hissi oyatmaqdır.

         Qalib şagirdlərin yazı işləri Binəqədi rayonu “Gənclər evi”nin 20 yanvar faciəsinin ildönümünü ilə əlaqədar təşkil etdiyi inşa müsabiqəsinə göndərilib.

         İnşa yazılarında şagirdlər şəhidlik zirvəsinə ucalan insanların qəhrəmanlığını, vətən sevgisini hər şeydən uca tutduqlarını və onlar üçün örnək olduqlarını qeyd ediblər. Bildiriblər  ki, onlar da  vətənimiz, torpaqlarımız uğrunda fədakarlıq etməyə hazırdırlar.

 

         

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi