Mir Cəlal Paşayevin 110 illik yubileyi qeyd olunub

                Bu gün məktəbimizdə XX əsr azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər tədbirdə iştirak ediblər.
Tədbir zamanı görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib, habelə ədəbiyyatşünas alimin yaradıcılığı haqqında geniş məlumat verilib.

Sonra yazıçının “Bir gəncin manifesti, “Açıq kitab”, “Qafkazdan məktublar” əsərləri əsasında hazırlanmış səhnəciklər təqdim olunub.

Şagirdlərin ifasında yazıçının şeirləri dinlənilib. Mir Cəlal Paşayev haqqında tələbələrinin xatirələri yada salınıb.

Qeyd olunub ki, böyük şəxsiyyət, gözəl müəllim, görkəmli yazıçı, istedadlı alim Mir Cəlal Paşayevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın əbədi mövzusu olaraq qalacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi