Şeyx Cüneyd türbəsində

           Mərkəzi və əyalət məktəblərinin müəllim və şagird kollektivinin  Azərbaycanın unikal tarixi abidələrindən biri olan Şeyx Cüneyd məqbərəsinə ekskursiyası təşkil olundu. Ekskursiyanın keçirilməsində məqsəd  "Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru" layihəsi çərçivəsində şagirdləri əməkdaşlıq edilən rayonların tarixi-mədəni abidələri ilə tanış etmək və biliklərini zənginləşdirməkdir.             Şeyx Cüneyd türbəsində müəllim və şagirdləri  qarşılayan bələdçi qeyd etdi ki, səfəvilərin tarixi ilə bağlı olan məşhur Şeyx Cüneyd məqbərəsi  XVI əsrdə inşa edilmişdir. Səfəvilərin yadigarı olan bu türbə  Qusar rayonunun Həzrə kəndində yerləşir. Sah İsmayıl Xətainin babası olan  Şeyx Cüneyd  XV  əsrdə       Şirvana etdiyi hərbi yürüş zamanı Şirvanşahlar tərəfindən öldürülmüşdür. Bələdçinin dediyinə görə onun cənazəsi müridləri tərəfindən dəvənin üstünə qoyulmuş və dəvə dayandığı yerdə - Həzrə kəndində dəfn edilmişdir. Şeyx Cüneydin məzarının yaxınlığında isə döyüşdə həlak olan əsgərlərin qəbirləri yerləşir.                                                                                                                             Səfəvilər Şirvanda hakimiyyəti ələ aldıqdan sonra 1544-cü ildə Həzrə kəndindəki məzar üzərində türbə tikdirilmişdir. Türbədə dəfn olunmuş Şeyx Cüneyd məlum olduğu kimi Səfəvi şeyxlərindən biri, Ərdəbil hakimi olmuşdur. Şah I Təhmasib atasının vəsiyyətini yerinə yetirərək babasının cənazəsini Ərdəbilə aparmışdır.                               Bişmiş  kərpicdən  inşa edilən  türbə  binası daxildən və xaricdən düzbucaqlı plana malikdir. Şeyx Cüneydin məzarı üzərindəki sandıq bərk ağacdan nəfis işlənmiş şəbəkəli çərçivə içərisinə alınmış, üzərində minbər qoyulmuşdur.  Bir zamanlar  bu türbədən məscid və mədrəsə kimi də istifadə edilmişdir. Deyilənə görə hətta qonşu kəndlərin uşaqları da burada təhsil aliblar. Türbə bir zal və üç hücrədən ibarətdir. Türbənin üzəri böyük bir günbəzlə örtülmüşdür. Türbənin qərb qapısı üzərində ərəb dilində yazılmış yeddi sətirdən ibarət kitabə həkk olunmuşdur.                          Türbənin həyətindəki ağaclar da şagirdlərin diqqətini cəlb etdi. İki hissəyə ayrılmış  ağacın yerə yıxılan hissəsindən iki qollu-budaqlı ağac inkişaf etmişdir. Məğlubedilməzlik simvolu olan bu ağaclara  maraqla tamaşa edən şagirdlər ekskursiyadan böyük təəssüratla qayıtdılar.                                                                                                                                                                                                                                                                                                                                          

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi