Birincilərin kitabxanaya ilk ekskursiyası

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi məktəbli oxucular üçün "Ucadan oxu" təşkil edib.

Tədbirdə Binəqədi rayon 102 saylı tam orta məktəbin 1b sinif şagirdləri və sinif müəllimi İlahə Əhmədova iştirak edib.

Uşaq şöbəsinin müdiri Səidə Sərdarova məktəbliləri Uşaq şöbəsi ilə yaxından tanış edib. Şöbədə yer alan rəngarəng uşaq ədəbiyyatları ilə zəngin sərgilər haqqında balacalara məlumat verilib. "Kitablar xəzinədir" mövzusunda balaca məktəblilərlə söhbət aparılıb. Məktəblilər kitab və kitabxana haqqında öz fikir və düşüncələrini bölüşüblər. Daha sonra məktəblilərə şöbənin zəngin, rəngarəng kitablardan ibarət fondundan seçilən anlama-qavrama qabiliyyətini inkişaf etdirən nağıllar silsiləsindən olan "Fiffinin nağılı" adlı kitabda yer alan "Böyük olmaq istəyən böcək" nağılı, Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Ramiz Rövşənin balacalar üçün yazdığı "Gəl dost olaq qurbağa" adlı kitabında yer alan "Kirpi", "Heyvanxana sirk deyil", "Çəyirtikə", "Oğuz yemək yeyəndə", "Pərvanələr", "Qarışqa" adlı şeirlər oxunub. Tədbirdə təşkil olunan "Tap-tapmaca" oyununda oxunan tapmacaları balacalar maraqla cavablandırıblar.

Uşaq şöbəsinin baş kitabxanaçısı Aygün Əliyeva məktəbliləri Patrik Veqanın "Mənim ilk atlasım" adlı kitabla tanış edib. Yer kürəsi, bütün qitələr, ölkələr və paytaxtları, dünya dövlətlərinin bayraqları haqqında qısa məlumatların toplandığı bu kitab məktəbli oxucuların çox xoşuna gəlib.

Tədbirin sonunda "Qarabağ", "Vətən', "Azərbaycan" mövzularında şeirlər səsləndirilib. Məktəblilərin "Zəfər" mövzusunda çəkdikləri rəsmləri nümayiş olunub.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi