Şəhidlərin ruhu anılıb

Məktəbimizdə "27 Sentyabr Anım Günü"nə həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi hörmət və ehtiramla bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himnimiz oxunub.
Vətənpərvərlik ruhunda mahnılar ifa olunub, bədii kompozisiyalar nümayiş etdirilib, şəhidlərimizə həsr olunmuş şeirlər söylənilib.
Tədbirdə məktəb kollektivi, valideynlər, şəhid anaları iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin hərbi vətənpərvərlik ruhunu gücləndirmək, zəfər tariximiz haqqında biliklərini zənginləşdirməkdən ibarətdir.