Yeni tədris ilinə start verilib

16 sentyabr 2024 -cü il tarixdə respublikamızın ümumitəhsil məktəblərində yeni tədris ilinə start verilib. 2024-20025-ci tədris ilinin başlanması münasibəti ilə məktəbimizdə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu anılıb. Vətənə, elmə, təhsilə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Tədbirdə çıxış edən məktəbin direktoru M.İsmayılova 2023-2024- cü tədris ilində məktəbin qazandığı uğurlardan danışaraq məktəb kollektivinə yeni dərs ilində daha böyük nailiyyətlər arzulayıb. Həmçinin məktəbə ilk qədəm qoyan birincilərə elm, bilik, təhsil yollarında uğurlar diləyib.

Həmin gün məktəbdə ilk dərslər “Yaşıl dünya naminə həmrəylik  ili” nə həsr olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi