Balaca idmançımızın qələbəsi

Məktəbimizin 5-ci “q” sinif şagirdi Əli Mehdiyev 26-28.07.2024-cü il tarixdə Qazaxıstanın Aktau şəhərində taekvondo üzrə keçirilən beynəlxalq yarışlarda iştirak edib.

O, 27 kq çəki dərəcəsində  gənclər və yeniyetmələrdən ibarət "Jhaz-Batur" açıq respublika turnirində yarışıb.

Bu yarışda Ə.Mehdiyev rəqiblərinə qalib gələrək 3-cü yeri tutub və bürünc medal qazanıb. Kiçik yaşlı idmançımızı qələbə münasibətilə təbrik edirik.

Onunla fəxr edirik və qürur duyuruq. Yeni - yeni uğurlara doğru!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi