Yay məktəbi

Məktəbimizdə “Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə “Yay məktəbi” fəaliyyətə başlayıb.

Yay məktəbinin məqsədi məktəblilərin yay tətili dövründə onlara əyləncəli və öyrədici proqramlar təşkil etməklə asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır. Yay məktəbinin proqramına əsasən burada şagirdlər üçün təlim, seminar və informativ sessiyalar, eyni zamanda, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunur. Məktəblinin dostları “Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım”, “Yol hərəkəti qaydaları”, “Sosial şəbəkələrdən faydalı istifadə”, ”İnternet təhlükəsizliyi, “Düzgün danışıq, nitq bacarıqlarının həyatımızda rolu”, “Təbiəti qoruyaq”, “Heyvanlara qayğı”, “Təlimçi məktəbli” kimi mövzuları əhatə edən maarifləndirici təlimlər həyata keçirirlər. Yay məktəbinə iyul ayında 5 və 6-cı sinif şagirdləri, avqust ayında 7 və 8-ci şagirdləri cəlb olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi