Məktəblilər yay tətilində

Artıq məktəbimiz 2023-2024-cü tədris ilini uğurla başa vurub. Şagirdlər yay tətilinə buraxılıblar.
Onlar valideynləri ilə birlikdə doğma vətənimizin dilbər guşələrində istirahət edirlər. Asudə vaxtlarını şən və maraqlı keçirən şagirdlər yaşıl təbiətin gözəlliklərindən zövq alırlar.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yaşıl dünyanın dəyərini, insan həyatında əhəmiyyətli rolunu daha yaxından hiss edirlər.