Fransız dili müəlliminin uğuru

Məktəbimizin fransız dili müəllimi Məmmədova Mətanət Rza qızı 24.06.2024- cü il tarixdə keçirilən təhsilverənlərin sertifikatlaşdırma imtahanının test mərhələsini uğurla başa vurub. 56 bal toplayıb.
İmtahanın test mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilib.
Məktəbimizin Azərbaycan dili, rus dili və fransız dili müəllimləri də imtahanda iştirak ediblər və sertifikatlaşdırmanın müsahibə mərhələsinə vəsiqə qazanıblar. Müəllimlərimizə uğurlar arzulayırıq. https://youtu.be/P-98Dryed5A?si=_xjAz_TvmyfzxoKd