Müəllimlərimiz sertifikatlaşdırma imtahanında uğur qazanıblar

22.06.2024-cü il tarixdə dövlət ümumi təhsil müəssisələrində çalışan ingilis dili müəllimlərinin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.
Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilib.
Məktəbimizin ingilis dili müəllimləri də imtahanda iştirak ediblər və yüksək nəticə göstəriblər.
Əzizova Məlahət 55 bal, Məmmədova Solmaz 53 bal, İsmayılova Vüsalə 53 bal, Xamoyeva Vüsalə 52 bal toplayıblar. Yüksək nəticəyə nail olan ingilis dili müəllimlərini və məktəbimizin direktoru M.İsmayılova basda olmaqla pedaqoji kollektivi təbrik edirik.
Sertifikatlaşdırma imtahanlarında iştirak edəcək digər müəllimlərimizə uğurlar arzulayırıq.