Müəllimimiz rekord nəticə - 60 bal toplayıb

21.06.2024-cü il tarixdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.

Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilib.

 Məktəbimizin riyaziyyat müəllimləri də imtahanda iştirak ediblər və yüksək nəticəyə nail olublar.

Xuduyeva Ceyhunə maksimal balı əldə edib. 60 bal toplayıb. Bu rekord nəticə münasibətilə C.Xuduyevanı, məktəbimizin direktoru M.İsmayılova basda olmaqla pedaqoji kollektivi təbrik edirik.

Sertifikatlaşdırma imtahanlarında iştirak edəcək digər müəllimlərimizə uğurlar arzulayırıq.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi