Müəllimlərimiz sertifikasiya imtahanında yüksək nəticə əldə ediblər

 21.06.2024-cü il tarixdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.

Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilib.

Məktəbimizin riyaziyyat müəllimləri də setifikatlaşdırma imtahanında iştirak ediblər və yüksək nəticəyə nail olublar. Həmişəyeva Mehriban 56 bal; Cəbrayılova Pəri 55 bal; Əhmədova Nigar 55 bal; Nəzərəliyeva Gülnarə 54 bal; İbrahimxəlilova İlahə 54 bal toplayıblar.

Bu yüksək nəticələr münasibətilə müəllimlərimizi və məktəbimizin direktoru M.İsmayılova basda olmaqla pedaqoji kollektivi təbrik edirik.

Sertifikasiya imtahanlarında iştirak edəcək digər müəllimlərimizə uğurlar arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi