Təhsil nailiyyətləri

Artıq 2023-2024-cü tədris ili sona yaxınlaşır. Ümumi orta təhsil səviyyəsi üzrə 149 nəfər, tam orta təhsil səviyyəsi üzrə 89 nəfər məzun məktəbi bitirib.
Xüsusi nailiyyətlərinə görə ümumi orta təhsil səviyyəsi üzrə 8 (səkkiz), tam orta təhsil səviyyəsi üzrə 5 (beş) nəfər məzun fərqlənmə attestatına layiq görülüb.
Son dərs günü təhsil nailiyyətləri ilə fərqlənən məzunlara fəxri fərman və diplomlar təqdim olunub.
Eyni zamanda tədris ili ərzində müsabiqə və bilik yarşlarında nailiyyət qazanan, məktəbin tədbirlərində fəal içtirakı ilə seçilən, nümunəvi davranışları ilə fərqlənən məzunlara sertifikat və təşəkkürnamələr verilib.
Məzun nailiyyətlərinin dəyərləndirilməsində məqsəd onların bilik və bacarıqlarının inkişafına dəstək olmaq, özünəinam hissinin artırmaq, şagirdlər arasında sağlam rəqabət yaratmaqdır.