Tədris ilinin son dərs günü

14.06.2024-cü il tarixdə məktəbimizdə Xl sinif şagirdlərinin buraxılışına həsr olunan "Son zəng" tədbiri keçirilib. Tədbir saat 10- da başlayıb. Tədbirimizdə Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi Z.Nəcəfova iştirak edib. Tədbir zamanı təlimatda göstərilən tapşırıqlara əməl olunub.

Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli liderimiz ulu öndər H.Əliyevin və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla hörmətlə yad edilib.

Tədbirdə milli - mənəvi dəyərlərimizi, şanlı qələbəmizi özündə əks etdirən şeirlər, mahnılar səsləndirilib, rəqslər ifa olunub, bədii kompozisiya nümayiş etdirilib.

Təhsildə yüksək nəticə əldə edən məzunlara diplomlar verilib. Saat 12.00-də tədbir sona çatıb.

Məzunların son zəngi çalınıb, yeni həyatın astanasında onlara bol - bol uğurlar, açıq mavi səma, yaşıl dünya, yeni təhsil nailiyyətləri arzulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi