İstedadlarımız

        

2023-2024-cü tədris ilində məktəbimizin 9-cu "a" sinif şagirdi Xankişiyev Əyyub Təbriz oğlu "IT INNOVATETECH" robotu ilə Lego Sumo Robot kateqoriyası üzrə Beynəlxalq İnformatika Layihələri Müsabiqəsinin qalibi olub.

O, final mərhələdə iştirak etmək üçün Ruminyaya dəvət alıb. Müsabiqənin 01-03 iyun 2024- cü il tarixlərdə keçirilən final mərhələsində Meksika, Çin, Makedoniya, Albaniya, Qazaxıstan və s. ölkələrdən məktəblilər iştirak ediblər.

İki gün davam edən yarışda Əyyub Xankişiyev rəqiblərinə qalib gələrək 1-ci yerə layiq görülüb və qızıl medal qazanıb. Bu qələbə münasibəti ilə Əyyubu təbrik edir, yeni - yeni nailiyyətlər arzulayırıq.

Qeyd edək ki, səfər zamanı Azərbaycan Respublikasının Ruminiyadakı səfiri Qüdsi Dursun oğlu Osmanov Azərbaycanlı şagirdlərlə görüşüb və gələcək həyatlarında onlara uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi