Müəllim şagird valideyin əməkdaşlığı

Məktəbimizin ll "q" sinif şagirdləri müəllimləri Zenfira Talısxanova və valideynləri ilə birlikdə şəhər üzrə gəzintiyə çıxıblar. Onlar Qala muzeyində olublar.

Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllərlə tanış olublar. Uşaqlar muzeyi gəzərkən xalça toxuma ilə yaxından maraqlanıblar.

Onlar burada çörək bişirməyi də öyrəniblər. Gəzintidən zövq alan şagirdlər xoş təəssüratlarla qayıdıblar.

Gəzintinin keçirilməsində məqsəd şagirdləri şəhərimizin qədim abidələri ilə tanış etmək, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etməkdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi