Təhsilverənlərin etik davranış qaydaları

03.06.2024-cü il tarixdə məktəbimizdə pedaqoji heyətin iştirakı ilə içlas keçirilib. İclasda qeyd edildi ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cu il KQ – 07 nömrəli qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları”ı təsdiq edilib. “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarının ləğv edilib.
İclzsın kecirilməsinin məqsədi təhsilverənlərin qəbul edilmiş yeni qaydalarla məlumatlandırılması və tanış edilməsidir. İclasda çıxış edən məktəbin direktoru M.İsmayılova müəllimləri yeni qaydalarla tanış etdi. İclasda çıxış edən müəllimlər yeni qaydalara əməl edilməsinin məqsədəuyğunluğundan və vacibliyindən danışdılar.
İclasda, həmçinin, korrupsiya hallarına qarşı mübarizə tədbirlərindən danışıldı, təhsilverənlərin korrupsiyaya yol verməmələri, bu hallara qarşı barışmaz olmaları, təhsilalanların korrupsiyaya qarşı barışmazlıq ruhunda tərbiyə edilməsi müzakirə olundu. Korrupsiya haqqında qanuna əməl edilməsi tövsiyə olundu.