Texnologiya dərsində

Məktəbimizin ll "q" sinif şagirdləri texnologiya dərsində sabun düzəltmə texnikası ilə tanış olublar.
Əvvəlcə onlara sabunun hazırlanma qaydası, sabunun tərkibinə daxil olan maddələr haqqında ətraflı məlumat verilib.
Sonra onlar müəllimləri Zenfira Talışxanovanın və valideynlərinin köməyi ilə maddələri bir-birinə qataraq sabun bişiriblər. Alınan mayeni qəliblərə tökərək soyudublar.
Beləliklə, şagirdlər sabun bişirməyi öyrəniblər. Əhsən 2”q” sinfi!