Şagirdlərimiz "Zəfər" respublika yaradıcılıq festivalının iştirakçılarıdır

Məktəbimizin 9”e” sinif şagirdi Həbib Rəhimli və 7”d” sinif şagirdi Məmmədli Miray Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin Bakı şəhər mərhələsində iştirak ediblər.
Onlar festival-müsabiqənin “klassik simli alətlər”, “klassik nəfəsli alətlər” nominasiyaları üzrə seçim mərhələsindən keçərək müsabiqənin Bakı şəhər zona mərhələsində iştirak hüququ qazanıblar.
Hər iki istedadlı şagirdimizə növbəti mərhələlərdə uğurlar arzulayırıq.