Bir dahi doğulub gəldi dünyaya

Məktəbimizdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 101- ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, "məhz ulu öndər Heydər Əliyevin həlledici bir məqamda respublikamızda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratdı. Hərənin bir ömür payı var. Kiminin mənalı, kiminin adi. Azərbaycan dövlətinin memarı Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı. Qısa zaman kəsiyində Ulu öndər xalqının əsrlər boyunca uğurunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi. Bizləri ən yüksək məqama - müstəqilliyə qovuşdurdu. Dünyanın döşünə döyən xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. Heydər Əliyev xəyalları belə çin etmək qüdrətinə yiyələndiyini dəfələrlə ortaya qoydu. İnsanın Vətənin timsalına çevrilməsi dünyada nadir hadisələrdəndir. Məhz Heydər Əliyev də planetin bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərindən biri oldu. Biz həmişə fəxr etmişik, bu gün də fəxr edirik ki, biz Azərbaycanlıyıq!”
Sonra tədbir iştirakçıları şagirdlərin ifasında ulu öndərə həsr olunmuş şeirləri, mahnıları, ulu öndərin kəlamlarını dinləyiblər, video-çarx izləyiblər. Şagirdlər bədii kompozisiyalar, rəqslər ifa ediblər.
Tədbirin keçirilməsində məqsəd ulu öndərin zəngin irsinin öyrədilməsi və təbliği, təhsilalanların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsidir.