Yurdumuza Novruz gəlir

Məktəbimizdə xalqımızın milli bayramı - Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər, həmçinin məktəbimizdə təcrübə keçən tələbələr iştirak ediblər. Tədbirdə novruz bayramının tarixi köklərindən, əsrlərin qaynağından süzülə -süzülə gələn, müasir dövrümüzə qədər yaşayan novruz adət-ənənələrindən danışılıb.

Şagirdlərin ifasında Novruza aid mahnılar, şeirlər səsləndirilib, rəqslər ifa olunub, bədii kompozisiya nümayiş etdirilib.

Tədbirin keçirilməsində məqsəd gənc nəsli dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, zəngin bədii irsimizi yaşatmaq, gələcək nəsillərə ötürməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi