Zərərli vərdişlərdən uzaq olaq

Bu gün məktəbimizdə "Zərərli vərdişlər: Alkoqolizm və narkomaniya" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə sağlam həyat tərzinin vacibliyindən, insan sağlamlığına müsbət təsir edən amillərdən danışılıb.

Tədbirdə çıxış edən məktəbin həkimi Hacıyeva Sevinc və psixoloq Məmmədova Ceyran narkomaniya, alkoqolizm, siqaret çəkmə haqqında şagirdlərə geniş və ətraflı məlumat veriblər. Və belə zərərli təsirlərdən uzaq olmağı tövsiyə ediblər.

Tədbirin keçirilməsində məqsəd  insan orqanizminə mənfi təsir göstərən zərərli vərdişlər haqqında  şagirdləri məlumatlandırmaq idi.

Qeyd edilən tövsiyələri nəzərə alaq, uşaqlarımızın xoşbəxt gələcəyi üçün birlikdə çalışaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi