Novruz adətləri

Məktəbimizdə “Dəyərlərimizi qoruyaq” şüarı altında Novruz çərşənbələri ilə bağlı tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd dəyərlərimizi yaşatmaq, böyüməkdə olan gənc nəslə aşılamaq və məktəbliləri milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etməkdir.

Novruz adətləri haqqında şagirdlərin bilgilərini möhkəmləndirmək üçün məktəbin həyətində tonqal qalanıb. Şagirdlər, müəllimlər, valideynlər tonqal ətrafına toplaşaraq şənlik ediblər. Şagirdlər tonqal üzərindən atlanaraq yallı gediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi