İdman həftəsi

  01-06 mart tarixlərində Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən məktəbimizdə " İdman həftəsi" çərçivəsində maraqlı tədbirlər təşkil olunub.

Gündəlik gimnastik hərəkətlər, voleybol, həndbol üzrə yarışlar, idman nailiyyətləri olan idmançı şagirdlərimizlə məzun idmançı şagirdlər arasında görüş keçirilib. Yarışlarda qalib gələn şagirdlər mükafatlandırılıb.

"İdman həftəsi" layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğ edilməsidir. Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən "İdman həftəsi" ərzində məktəbimizin şagirdləri arasında "İnsanın həyatında idmanın rolu”, "İdmanla məşğul olmağın faydaları ", " İdman sağlamlığın rəhnidir" mövzularında esse yazılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi