Dilimizi qoruyaq

Məktəbimizdə "Dilimizi qoruyaq" şüarı altında  tədbir keçirilib.Tədbirdə məktəbin direktoru Mailə İsmayılova, məktəbin pedaqoji kolektivi və şagirdlər iştirak edib.  

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru M. İsmayılova bildirb ki, “Ana dili” milli ruhumuzun bərqərar olduğu ən ali, böyük milli dəyərimizdir. Bizim milli birlik və həmrəylimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Ana dilimizə həsr edilən tədbirdə şagirdlər şeirlər, müdrik kəlamlar söyləyib və ədəbi-bədii kompozisiya, rəqslər nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi