Reproduktiv sağlamlıq

Məktəbimizin 8 və 9-cu sinif şagirdlərinin iştirakı ilə "Reproduktiv sağlamliq" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdləri mövzu haqqında məlumatlandırmaq idi. Tədbirdə çıxış edən məktəbin psixoloqu Məmmədova Ceyran, həkim Hacıyeva Sevinc şagirdlərə sağlam həyat tərzi, sağlam qidalanma, zərərli vərdişlərə meyl etməmək, idmanla məşğul olmaq barədə geniş və ətraflı məlumat verdilər.
Tədbirdə mövzunu əhatə edən video-çarx nümayiş etdirilib. Şagirdlərin maraqlandıran suallar cavablandırılıb.