"7 Fevral Beynəlxalq Təhlükəsiz İnternet Günü"dür

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi Mərkəzi Kitabxanada "7 Fevral Beynəlxalq Təhlükəsiz İnternet Günü" mövzusunda tədbir təşkil edib. Tədbirdə şöbənin məktəbli oxucuları olan Bakı şəhəri Binəqədi rayonu 102 nömrəli tam orta məktəbin 4 "c" sinif şagirdləri, sinif müəllimi Aytac Əliyeva, məktəbin informatika müəllimi, İnformatika elmləri üzrə mütəxəssis Lalə Aslanova iştirak edib.
Uşaq şöbəsinin müdiri Səidə Sərdarova məktəbli oxuculara Beynəlxaq Təhlükəsiz İnternet Günü haqqında məlumat verib. Qeyd edilib ki, 2004 cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Gününün məqsədi dünyada uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir. Məktəblilərlə mövzu ətrafında geniş diskussiyya aparıldı. Tədbirdə qonaq olaraq lştirak edən İnformatika elmləri üzrə müəllim lalə Aslanova məktəblilərə təhlükəsiz internet, təhlükəli informasiyalardan qorunmaq qaydaları haqqında məlumat verdi. Tədbirdə Uşaq şöbəsinin müdiri Səidə Sərdarova məktəblilər üçün uşaq yazarı Reyhan Yusifqızının "Pəncərəni kim sındırdı?" kitabında yer alan "Kompüterin oyunu" və "Mister Bebic" hekayələrini oxudu. Daha sonra baş kitabxanaçı Aygün Əliyeva məktəbli oxuculara şöbənin fondunda yer alan "İnformatika sabaha açılan pəncərə" və "İnformatika Uşaqlar üçün ensiklopediya" kitabları haqqında məlumat verib.
Tədbirin sonunda İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Səmədova internetdən düzgün istifadə qaydaları və kitabxananın fondunda yer alan müasir informasiya daşıyıcıları haqqında məlumat verdi. Bu gün uşaqlar üçün yaddaqalan bir gün oldu.
#mekteb102 #təhlükəsizinternet #kitabxanailəəməkdaslıq