Pedaqoji Şuranın növbəti iclası keçirilib

02.02.2024-cü il tarixdə məktəbimizdə Pedaqoji şuranın növbəti iclası keçirilib. İclasda məktəbin müəllimləri və valideyn komitələri nümayəndələri iştirak ediblər.
Məktəbin direktoru M.H.İsmayılova 2023-2024-cü tədris ilində 1-ci yarımilin yekunlarına dair görülmüş işlər haqqında geniş məlumat verib.
İclasda I yarımil ərzində aparılan monitorinqlərin nəticələri, sinif və elektron jurnallarının işlənməsi, təlim-tərbiyə işinin tənzimlənməsi, valideyn - müəllim- şagird münasibətlərinin gücləndirilməsi, valideyn məsuliyyətinin artırılması, məktəbdə təhlükəsizliyin təminatı, sağlam mənəvi – psixoloji mühitin gücləndirilməsi, etik davranış qaydalarına riayət etmənin vəziyyəti, sinif rəhbərlərinin işinə nəzarətin artırılması, şagirdlərin daha çox müxtəlif müsabiqə və layihələrdə iştirakına maraq yaratmağın yolları, II yarımildə qarşıda duran vəzifələr müzakirə olunub.
Göstərilən məsələlərlə bağlı müəllimlərin çıxışları dinlənilib. Təklif və rəylər nəzərə alınıb və müvafiq qərarlar qəbul olunub.