Məktəbimizdə 2 Fevral Gənclər Günü qeyd olunub

Məktəbimizdə 2 Fevral Gənclər Günü qeyd olunub. Gənc müəllimlərlə görüş keçirilib. Görüşdə məktəbin direktoru M.İsmayılova və təcrübəli müəllimlər iştirak ediblər.

Gənc müəllimlərimiz ilk öncə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Ulu öndərimiz Heydər Əliyevin gənclər siyasətindən, gənc nəslə olan böyük inamından, dəstəyindən və qayğısından danışıblar.

Məktəbin direktoru ölkə prezidenti tərəfindən gənclərə verilən dəyərdən, gəncliyin gücündən və dövlət ətrafında sıx birliyindən söhbət açaraq gənclər günü münasibətilə müəllimləri təbrik edib. Gənc nəslin təlim – tərbiyəsində onlara uğurlar arzulayıb.

Tədbirin sonunda fəaliyyəti ilə fərqlənən gənc müəllimlər təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi