Milli qürur günümüz

Bu gün məktəbimizdə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilib. İlk dərs saatlarında “20 Yanvar şəhidləri”, "20 Yanvarın bizə verdiyi vətəndaş dərsi", "20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri" mövzularında söhbətlər aparılıb.

 Müəllim və şagird kollektivi tərəfindən Şəhidlər xiyabanı ziyarət edilib. "Dəyirmi masa" təşkil olunub. Tədbirlər zamanı çıxış edən müəllimlər qeyd ediblər ki, 1990-cı il 20 yanvar tarixi Azərbaycanın müasir  tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, xalqın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin oyanışı günüdür. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları   canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar.

Həmin vaxt Moskvada yaşayan xalqımızın Ümumilli Lideri Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü  Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edərək xalqımızın başına gətirilən müsibətləri, haqq səsini bütün dünyaya çatdırdı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. 20 Yanvar – “Ümumxalq Hüzn Günü” elan edildi.   Bu tarix həm şəhidlərimizin anım günü, həm də ölkəmizin ərazi bütövlüyü, azadlığı uğrunda mübarizə aparan xalqımızın birliyi günüdür.

20 Yanvar hadisələri, böyük Zəfərlə başa çatan Vətən müharibəsi göstərdi ki, xalqımızın birliyi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Bütün bunlar tariximizin şərəf və qürur səhifələridir”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi