Azadlıq carçıları

Bu gün məktəbimizdə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilib. İlk dərs saatlarında “20 Yanvar şəhidləri”, "20 Yanvarın bizə verdiyi vətəndaş dərsi", "20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri" mövzularında söhbətlər aparılıb.

 Müəllim və şagird kollektivi tərəfindən “Şəhidlər xiyabanı” ziyarət edilib. "Dəyirmi masa"  keçirilib. Sinif güşələri düzəldilib. Divar qəzetləri buraxılıb. Rəsm sərgisi təşkil olunub.

“Dəyirmi masa”da çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar hadisələri, böyük Zəfərlə başa çatan Vətən müharibəsi göstərdi ki, xalqımızın birliyi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Bütün bunlar tariximizin şərəf və qürur səhifələridir. Biz bu tarixi unutmadıq və heç bir zaman unutmayacağıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi