Məktəbimizdə Həmrəylik Günü qeyd olunub

Məktəbimizdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənlikləri keçirilib. 

Şənliklərdə çıxış edən müəllimlər şagirdlərə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi barədə geniş məlumat veriblər.

Eyni zamanda ümummilli lider Heydər Əliyevin bütün dünyada yaşayan azərbaycanlıların birliyini yaratmağın əhəmiyyətindən danışıblar.

Qeyd edilib ki,Ulu Öndərin verdiyi qərara əsasən təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ölkəmizdə və xaricdə yaşayan soydaşlarımız tərəfindən hər il böyük təntənə ilə qeyd olunur. 

Bildirilib ki, həmrəylik ideyası milli birliyimizin əsası olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının bir məqsəd uğrunda birləşməsində əvəzsiz rola malikdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi