Şagirdlərimiz Kiçik Akademiya üzvlərinin ümumşəhər konfransında

28 dekabr 2023-cü il tarixdə 20 nömrəli məktəb –liseydə “Heydər Əliyev ili”çərçivəsində “Kiçik Akademiya” üzvlərinin I Ümumşəhər konfransı keçirilib. Konfrans xalqımızın dahi oğlu ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Məktəbimizin “Kiçik Akademiya” üzvləri də konfransda iştirak ediblər. Şagirdlərimiz “Məqsədimiz meşələri əvəz etmək deyil, ağac əkmək imkanı olmayan yerlərdə bio qurğulardan istifadə etməkdir” şüarını əks etdirən maket və "Bio - Dayanacaq" mövzusu ilə konfransda fəallıq göstəriblər.
Şagirdlərimizə Sertifikatlar təqdim olunub.