Zərərli vərdişlərdən uzaq olaq

Bu gün məktəbimizdə "Zərərli vərdişlər: Siqaret çəkmək" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə siqaret çəkməyin insan sağlamlığına ziyanından danışılıb.
Tədbirdə çıxış edən məktəbin həkimi Hacıyeva Sevinc və psixoloq Məmmədova Ceyran siqaret çəkmə haqqında şagirdlərə geniş və ətraflı məlumat veriblər. Belə ki siqaret çəkmək ürək-damar xəstəliklərinin inkişafına, bronxial xərçəng kimi xəstıliklırin yaranmasına səbəb olur.
Və belə zərərli təsirlərdən uzaq olmağı tövsiyə ediblər.