Payız fəslində təbiətimiz

Məktəbimizdə “Payız fəslində təbiətimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə payız fəslinin özünəməxsus gözəlliklərindən, rəngarəng mənzərələrindən, bol nemətlərindən danışılıb.

“Payız fəsli şagirdlərin gözü ilə” adlı sərgi təşkil olunub. Sərgidə  şagirdlərin bir-birindən maraqlı  əl işləri və  rəsmləri təqdim olunub.

Şagirdlərin ifasında payıza  həsr olunmuş bədii nümunələr dinlənilib.  

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin incəsənətə, bədii yaradıcılığa  olan həvəsini artırmaq, onlarda estetik tərbiyəni formalaşdırmaq, ictimai fəallıqlarını artırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi