Ulu Öndərin 100 illiyinə həsr olunmuş məktəblərarası idman yarışları keçirilib

“Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş idman oyunları keçirilib.
Oyunlar 3 və 102 nömrəli məktəblərin V-VI sinif şagirdləri arasında təşkil olunub. Məktəbimizin V sinif şagirdləri “Şən startlar” oyununun qalibi olublar.
Voleybol üzrə yarışlarda 3 nömrəli məktəbin şagirdləri irəli çıxıblar.
Oyunların keçirilməsində məqsəd Ulu Öndərin əziz xatirəsini yad edilməsi, həmçinin məktəblərarası əməkdaşlıq və həmrəylik hisslərinin inkişaf etdirilməsidir.