Ulu Öndəri hörmətlə anırıq

Bu gün məktəbimizdə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş açıq dərslər, idman yarışları, sərgi təşkil  olunub. Tədbirlərdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Şagirdlərə Ulu Öndərin həyatı və fəaliyyəti haqqında geniş və ətraflı məlumat verilib.

H.Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qalib ölkənin lideri kimi dünyada tanındığı və onun rəhbərliyi ilə müzəffər ordumuzun şücaəti sayəsində  Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasının qürurverici hiss olduğu bildirilib.

 Qeyd olunub ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ömrünü xalqına, Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən, misilsiz xidmətləri ilə tarixin yaddaşında əbədiləşən Heydər Əliyev dühasını daha dərindən dərk etmək baxımından yaradılmış bir imkandır.

Açıq dərslərdə məktəblilər Ulu Öndərə həsr olunan şeirlər söyləyiblər,  video – çarxlar göstəriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi